YAP-ın deputatlığa namizədlərinin siyahısında veteran YAP-çılardan Oğuz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Eyvaz Qurbanovun da adı var.
Bu barədə Teleqraf.com-a YAP İdarə Heyətinin üzvü Musa Quliyev bildirib.
Qeyd edək ki, 117 saylı Oğuz-Qəbələ dairəsinin deputatı Aqiyə Naxçıvanlıdır. Onun adı YAP-ın namizəd siyahısında yer almayıb.
Xatırladaq ki, ötən gün E. Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.