Müğənni, pedaqoq Humay Aslanovanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi olduğu barədə məlumatlar yayılıb.
Teleqraf.com xəbər verir ki, Humay Aslanovanın namizədliyi 107 saylı Tovuz - Qazax - Ağstafa dairəsindən irəli sürüləcək.
Humay Aslanova yayılan məlumatları təkzib edərək bildirib ki, sadəcə ad və soyad eyni olduğundan anlaşılmazlıq yaranıb.