“Həyata keçirilən tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində taksi fəaliyyətində xidmət keyfiyyətinin yüksəlməsi müşahidə edilir”.
Teleqraf.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib.
O bildirib ki, Bakıda taksilərin sayı 67-70 mindən 35 minə enib: “Qanunla müəyyən edildiyi kimi yaşı çox olan avtomobillər artıq taksi xidmətlərindən kənarlaşdırılıb. Bu avtomobillər taksi aqreqatorlarının sistemindən çıxarılıb”.
AYNA sədri Anar Rzayev isə əlavə edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi ictimai nəqliyyatın təşviqi və şəxsi minik avtomobillərindən istifadəni azaltmaqdır: “Bu dövrdə 200 avtobus təmir edilərək xidmətə verilib, yeni marşrut xətləri açılıb, ümumilikdə 560 avtobus ictimai nəqliyyat sisteminə əlavə edilib”.