Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə bu gün, 19 iyul 2024-cü il tarixində təşkilatın növbədənkənar konfransı keçirilib. Konfrans “Wyndham Garden Baku” otelinin “Xan Çınar” zalında baş tutub. Təşkilat üzvlərinin əksər çoxluğunun iştirakı baş tutan növbədənkənar konfransda Cəmiyyətin İdarə Heyətinin üzvlərinin və digər təşkilatlar üzvləri fikirlərini bildirərək, son iki ildə təşkilatın fəaliyyəti, müsbət və mənfi nəticələr, mövcud problemləri müzakirə edib, nöqsanları səsləndiriblər.
Teleqraf.com xəbər verir ki, cəmiyyətin bu günə qədər sədri olan Vüqar Oruc konfransda iştirakdan imtina etdiyi üçün səsləndirilən nöqsanlara, iradlara cavab almaq mümkün olmayıb.
Konfarns öz işini müvafiq qaydada həyata keçirməklə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin seçkili orqanlarına yenidən seçkilərin keçirilməsi barədə müsbət qərar verdikdən sonra seçki prosesi baş tutub.
Seçkinin nəticələrinin yekunu olaraq Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib.
Eyni zamanda yeni tərkibdə, Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Elnur Əsədov, Zamin Hüseynov, Nahid Həsənov, Ayan Qəmbərova, Pərviz Qulami, Xaliq Qurbanov, Səidə Şabanova, Şükür Hüseynov, Elçin Mahmudov və Fərid Hüseynov olmaqla, 13 nəfərdən ibarət İdarə Heyəti, Elnur Azadov, Günay İsmayılqızı, Vəfa Quliyeva, Emin Mədətov və Vasif Məmmədli olmaqla, 5 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.
Vüqar Orucun səlahiyyətlərinin 2025-ci ilin may ayında bitməsi nəzərdə tutulurdu.
O "Report"a bildirib ki, son qərarı Ədliyyə Nazirliyi verəcək: "Bizim qərarvermə səlahiyyətimiz yoxdur, konfransın nəticələri Ədliyyə Nazirliyinə təqdim olunacaq. AQC-nin İdarə Heyətinin yeni tərkibinin Ədliyyə Nazirliyi tərəfindən təsdiq edildiyi halda fəaliyyətinə başlaya bilər, əks halda Cəmiyyət indiki tərkibdə öz işinə davam edəcək. Bugünkü konfrans, mənimlə yanaşı əksər şirkətlərin iştirakı olmadan keçirilib".