21 İyul 14:26
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə qədər təqdim olunacaq. Daha sonra hökumətdə müzakirə olunduqdan sonra minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir".

Teleqraf.com xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ilkin gözlənti növbəti ilin yanvar ayından etibarən minimum əməkhaqqının artması ilə bağlıdır: "Artım faizinin iki rəqəmli olacağı gözlənilir. Çünki son illər orta aylıq əməkhaqqıda iki rəqəmli artım qeydə alınıb. Bu baxımdan biz minimum əməkhaqqı artırılan zaman həm 2023 və 2024-cü illərdə normal, orta aylıq əmək artım faizinin nəzərə alınması, eyni zamanda inflyasiyanın bu kontekstdə indeksləşdirilməsini təklif edirik. Çünki praktiki olaraq bu minimum əmək haqqı daha yüksək artımların əldə edilməsinə gətirib çıxara bilər.

Nəticədə 700 mindən artıq vətəndaşımızın əməkhaqqısının artmasına, birbaşa onların gəlirlərinə təsir göstərə bilər. Nəzərə alsaq ki, minimum əməkhaqqı alan vətəndaşlarımız daha çox sosial tələbə təminatına ehtiyacı olan vətəndaşlarımızdır. Bu da onların sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq.

Bütövlükdə bu istiqamətdə müzakirələr davam edir və təkliflərin hazırlanması və yeni büdcə paketinin müzakirə olunması və nəticə etibarən minimum əməkhaqqının artmasına imkan verəcək.

Konkret məbləğlə bağlı bu ilin payız aylarında müzakirələr nəticəsində əldə edilən rəqəmlə bağlı məlumatı bölüşmək mümkün olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər