22 İyul 09:48
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 167 nəfər hakimliyə namizədlə yazılı imtahan keçirilib.

Hakimlərin Seçki Komitəsindən Teleqraf.com-a verilən xəbərə görə, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi tərəfindən həmin binada qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb, həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən həmin inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət olunmuş mütəxəssislər yoxlanılmaqla yaxın zamanda nəticələr elan olunacaq.

Xatırladaq ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı cari il dekabrın 15-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər