22 İyul 12:12
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin I yarımilində prokurorluq orqanlarında istintaq edilən cinayət işləri üzrə özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsi təmin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib.

Baş Prokurorun sözlərinə görə, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunmuş, 8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər