22 İyul 15:19
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin iyul ayının ötən günləri ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub.

Teleqraf.com xəbər verir ki bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib k, buna baxmayaraq çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib.

“Ayrı-ayrı günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Bölgələrdə 6-9 gün, Abşeron yarımadasında isə 4 gün yağıntılı keçib. Əksər bölgələrdə yağıntının miqdarı norma daxilində olub. İyul ayının ötən dövründə bölgələrdə şərq istiqamətli küləklər üstünlük təşkil edib”, - deyə o bildirib.

N.Mahmudovun sözlərinə görə, ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib, bəzi günlərdə küləyin sürəti 15 m/s-dən çox olub.

Qeyd edək ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə, aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər