Karyera və Psixologiya Mərkəzinin İSİM layihəsi çərçivəsində Respublika üzrə İLİN MÜƏLLİMLƏRİ müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan 17 ibtidai sinif müəllimi qalib adını qazanıb. Qaliblər Sumqayıt Heydər Əliyev Mərkəzində keçirilən möhtəşəm tədbirdə təltif olunublar. İSİM layihəsinin müəllifi, karyera-psixologiya üzrə beynəlxalq mütəxəssis Samir Vəliyev hər bir İLİN MÜƏLLİMİNƏ diplom və xüsusi hazırlanmış kubok təqdim edib.
"İlin müəllimi" adına aşağıdakılar layiq görülüblər:
Günel Əliyeva (Sabirabad)
Nərminə Cəbrayılova (Xırdalan)
Sevinc Osmanova (Gəncə)
Vüsalə Məlikova (Şamaxı)
Şəhla Nəzərova (Masallı)
Səbinə Əliyeva (Şirvan)
Güldərən Muradova (Cəlilabad)
Nurlana Məsimova (Şəmkir)
Aidə Əliyeva (Göygöl)
Vüsalə Musayeva (Xaçmaz)
Bahar Babayeva (Quba)
Gülnarə Hüseynova (Gədəbəy)
Zülfiyyə Məmmədova (Samux)
Kəmalə İbadova (Lənkəran)
Reyhanə Ağasənova (Kürdəmir)
Dilbər Hüseynova (Zaqatala)
Sevinc Hacıyeva (Sumqayıt)
Təltif olunan müəllimlər bu ada layiq görüldükləri üçün böyük qurur hissi keçirdiklərini, İSİM layihəsinin çox effektivliyini və şagirdlərinin layihə vasitəsilə əhəmiyyətli inkişafa nail olduqlarını vurğulayıblar. Hər bir müəllim bildirib ki, yeni tədris ilində İSİM layihəsini həm özləri, həm şagirdlər böyük səbirsizliklə gözləyirlər.
Qeyd edək ki, İSİM layihəsi ibtidai sinif şagirdlərinin inkişafını təmin edən İSİM metodikasına əsaslanır. Bu metodika nəticəsində şagirdlər dərslərə daha yaxşı köklənirlər və dərsləri daha yaxşı mənimsəyirlər.