23 İyul 14:42
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cavid Kəngərli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Teleqraf.com xəbər verir ki, Muxtar Respublika Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 23 iyul 2024-cü il tarixli Sərəncama əsasən Cavid Muxtar oğlu Kəngərli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Cavid Kəngərli bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb, müvafiq vəzifəyə təyinatadək isə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər