25 İyul 13:58
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ev verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Qeyd edilib ki, ikiotaqlı, tam təmirli mənzil D.Qasımovaya təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər