25 İyul 15:54
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 manatdan 5 manatı içkilərin və tütün məmulatlarının alınmasına yönəldilir:

“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca xərc də çoxalır.

Deməli, spirtli içkilərin və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər