28 İyul 13:41
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çaylarda faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan, Samux rayonu ərazisindən axan Qabırrıçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Astara rayonu ərazisindən axan Təngürüdçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Oğuz rayonu əazisindən axan Əyriçaydan sel keçib.

Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Daşkəsən və Göygöl rayonları ərazisindən axan Gəncəçayda və Samux rayonu ərazisindən axan Qabırrıçayda sel müşahidə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər