Şahdağ Milli Parkı ilə həmsərhəd olan "Babadağ" ziyarətgahından qayıdarkən yolu azan Kürdəmir rayonu Şilyan kənd sakini Cəsarət Məmmədov və Karrar kənd sakini Mirələm Mehdiyev tapılaraq ailələrinə təhvil verilib.
Teleqraf.com xəbər verir ki ,bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, 28 iyul 2024-cü il tarixində milli parkla həmsərhəd olan ziyarətgahdan qayıdan iki vətəndaşın yağışlı və dumanlı hava şəraitində yolu itirərək azması ilə bağlı Şahdağ Milli Parkına məlumat daxil olan kimi dərhal operativ qruplar yaradılaraq bir neçə istiqamətdə axtarış işlərinə başlanılıb.
“Şahdağ Milli Parkının əməkdaşlarının səyi sayəsində 29 iyul tarixində səhər saat 8 radələrində itkin düşən vətəndaşlar Quba rayonunun Qarxun kəndi yaxınlığındakı yaylaq ərazisindən tapılaraq sağ-salamat ailələrinə təhvil verilib”.