Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Lökbatan” qazpaylayıcı stansiyasında və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında təmir-bərpa işləri aparılacaq. İşlər yekunlaşana qədər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.