İyulun 24-də Paris-2024 Yay Olimpiya Oyunlarına start verilib. Azərbaycanı kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova təmsil edib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin üzvü Yaylagül Ramazanovanın yarışa 7 aylıq hamilə halda qatılması maraqla qarşılanıb.
Yaylagül Ramazanova 1/16 finalda Almaniya təmsilçisi Mişel Kroppenlə üz-üzə gəlib. Rəqibinə 2:6 hesabı ilə uduzan idmançımız mübarizəni dayandırıb. O, birinci turda məşhur çinli rəqibi An Qixuanaya qalib gələrək 2-ci tura yüksəlmişdi.
1990-cı ildə anadan olan Yaylagül Ramazanova 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə aparıb. 2018-ci ilin iyununda Azərbaycan çempionatının qalibi olub. Azərbaycanı 2019-cu ildə dünya çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa çempionatlarında təmsil edib.
2023-cü ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının açılış mərasimində Yaylagül Ramazanova Azərbaycan bayrağını aparıb. 2024-cü ilin iyununda Antalya şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib olub.