30 İyul 23:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Dili Günü ərəfəsində TikTok ana dili və ədəbiyyatının gözəlliyini vurğulamaq üçün nəzərdə tutulmuş “Ədəbi qonaq otağı” layihəsinə start verir. Layihə çərçivəsində TikTok məşhurlarla birlikdə Azərbaycan poeziyasından canlı qiraətlər keçirəcək. Həmçinin Azərbaycanın məşhur simaları TikTok-da Azərbaycan şairlərinin sevimli şeirləri ilə qısa videolar çəkəcək.

Layihədə müğənni Elnarə Xəlilova, teleaparıcı İlkin Həsəni, aktyorlar Bəhram Bağırzadə və Rafael İsgəndərov, eləcə də musiqiçilər Rəssam və MadTeen iştirak edir.

Bayram çərçivəsində Azərbaycan incəsənət və ədəbiyyat xadimlərinin muzeyləri: Bülbülün ev-muzeyi və Səməd Vurğunun ev-muzeyi tərəfindən də canlı yayımlar keçiriləcək.

Qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok Azərbaycanda istifadəçilərə biliklərini bölüşmək üçün imkanlar yaradır. Həmçinin milli mədəniyyətlərinin gözəlliyini çoxmilyonluq beynəlxalq auditoriyasına yaymaq üçün fürsət verir.

Belə ki, bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən #TikTokdanÖyrən maarifləndirici layihəsi ölkənin hər yerindən istifadəçiləri müxtəlif mövzularda - milli yeməklərdən tutmuş dil öyrənməyə və akademik elmlərə qədər 23 mindən çox faydalı video yaratmağa ruhlandırıb. Həmçinin Azərbaycanda istifadəçilər ədəbiyyata fəal maraq göstərirlər: məsələn, #kitabfest#booktokazerbaijan həştəqlərindən istifadə etməklə artıq tövsiyələr və kitab icmalı olan 3,5 mindən çox video yaradılıb. TikTok-da dil və mədəniyyət haqqında biliklərini bölüşən müəlliflərin sayı artır: məsələn, müəllim Aida Hacıyevanın @ana_dilimde_danis_ azərbaycanca düzgün danışmaqla bağlı videolarına artıq 37 mindən çox abunəçi baxıb.

TikTok Azərbaycan Əlifbası və Dili Günündə istifadəçilərin yeni biliklərə, ədəbiyyata, o cümlədən öz ana dilini təkmilləşdirməyə marağını dəstəkləmək üçün “Ədəbi qonaq otağı” layihəsinə start verir. Bu təşəbbüs ölkənin hər yerindən istifadəçilərə Azərbaycan dilinin gözəlliyini bir daha görkəmli milli müəlliflərin ədəbi əsərləri vasitəsilə görməyə imkan verəcək.

“Ədəbi qonaq otağı” məşhurların aktyor və layihə aparıcısı Ruslan Sabirli @ruslansabirly ilə birlikdə Azərbaycan dili və ədəbiyyatı haqqında danışacaqları, eləcə də Azərbaycan poeziyasının sevimli əsərlərini oxuyub müzakirə edəcəkləri canlı yayımdır.

Avqustun 1-də baş tutacaq canlı yayımların cədvəli:

  • 12:00-13:00 - Bülbülün ev-muzeyində @bulbulmuseum Azərbaycan dilində musiqili tamaşa olacaq, daha sonra filoloq Mehriban Qasımova Azərbaycan dili ilə bağlı maraqlı faktları bölüşəcək;
  • 13:00-13:30 - Ruslan Sabirlidən @ruslansabirly bayram və “Ədəbi qonaq otağı” haqqında giriş sözü;
  • 13.30-14.30 - Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun toponimika şöbəsinin müdiri, dosent Elçin İsmayılovla şair Səməd Vurğunun yaradıcılığı haqqında söhbət. Şairin ev-muzeyindən @samadvurgunmuseum canlı yayım;
  • 14.30-15.00 - Müğənni Elnarə Xəlilova @elnarasmusic ilə poeziya dəqiqələri;
  • 15.00-15.30 - Teleaparıcı İlkin Həsəni @ilkinhasani ilə söhbət və şeir qiraəti;
  • 15:30-16:00 - Musiqiçi Rəssam @ressam.music ilə söhbət və poeziya dəqiqələri;
  • 16:00-16:30 - Musiqiçi MadTeen @madteenmusic ilə söhbət və poeziya dəqiqələri.

Canlı yayımlar layihənin aparıcısı və qonaqlarının hesablarında, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazda TikTok yayımçı cəmiyyətinin @tiktoklive_eecca rəsmi hesabında olacaq.

Azərbaycanın tanınmış simaları da qısametrajlı video çəkilişlər aparıblar ki, onlar Azərbaycan müəlliflərinin ikonik şeirlərini oxuyurlar. Belə ki, aktyor Bəhram Bağırzadə @bahram_bagirzade Məmməd Arazın "Mən belə dünyanın nəyindən küsüm" şeirindən bir parça, Mikayıl Müşviqin "Məhəbbət" əsərini isə Rafael İskəndərov @rafael_iskender oxuyub.

“Ədəbi qonaq otağı”nın canlı yayımlarına qoşulun və TikTok ilə Azərbaycan poeziyası və ana dilinin gözəlliyi haqqında daha çox məlumat əldə edin!

TikTok haqqında

TikTok - qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər