İnsanların qonağa fərqli yanaşmaları var. Bəziləri evinin qapılarını dost-tanışlarına həmişə açsa da, bir qisim evinə qonaq gəlməsini xoşlamır.
Teleqraf.com astroloji proqnoza görə həmin bürcləri təqdim edir.
Qoç - Qoçlar evində qonaq qarşılamağı sevmirlər. Öz məkanlarını qiymətləndirir və qəfil ziyarətlərdən çəkinirlər. Planlaşdırmadan gələn qonaqlar onları narahat edir.
Qız - Detal yönümlü təbiəti ilə tanınan Qız bürcü evinə gələn qonaqlarla əvvəlcədən danışmalıdırlar. Əhvallarını poza biləcək gözlənilməz səfərləri sevmirlər. Qız bürcü zəhmətkeş və vasvası insandır. Tək olanda özünə vaxt ayıra və işlərini daha yaxşı görə bilər. Qızlar dostluqda çox seçicidirlər və yalnız keyfiyyətli insanlarla ünsiyyət qururlar.
Tərəzi - Tərəzi bürcü evdə qonaq qəbul etməyi sevsə də, gözlənilməz gəlişə qarşıdır. Xəbərdarlıq etmədən gələn qonaq onun üçün arzuolunmazdır.
Əqrəb - Şəxsi həyatlarına dəyər verən Əqrəblər evlərinə qonaq dəvət etmək istəmirlər. Qapının qəfil döyülməsi onlar üçün narahatlığın başlanğıcıdır.