11 Avqust 10:22
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qablaşdırılmış qidaların tərkibində olan və demək olar ki, bütün qida sənayesində istifadə edilən ksilitol adlı dadlandırıcının qanda laxtalanma sürətini 50 faiz artırdığı məlum olub.

Teleqraf.com xəbər verir ki, alimlərin apardığı araşdırmalarda ksilitol adlı aşağı kalorili süni dadlandırıcının qan laxtalanmasını artıra biləcəyi, infarkt, ürək çatışmazlığı, beyində laxtalanma, insult kimi kritik sağlamlıq problemlərinə səbəb ola biləcəyi ortaya qoyulub.

Ankara Ürək Mərkəzinin qurucusu professor Sinan Altan Kocaman açıqlamasında dadlandırıcıların həm sintetik, həm də təbii şəkildə istifadə oluna biləcəyini bildirib:

“Bu qidalar qəbul edildikdə qanda normal qaydadan min dəfə çox dolaşır. Qanda dolaşan miqdarın trombositləri aktivləşdirib-aktivləşdirmədiyi də yoxlanılıb. Təəssüf ki, onu da aktivləşdirir. Bir deserti yediyiniz zaman qida dadlandırıcılarıyla təmin edilən qanınız normal səviyyənin min qatına çatır. Üç-dörd dəfə istehlak edildikdə qanın laxtalanma riskini artırır.

Biz qəti demirik ki, bir dadlandırıcı alsanız, infarkt keçirəcəksiniz. Ancaq 2 min insanı müqayisə etdikdə, bəzilərində artıq trombositlərin laxtalanmasına meyl müşahidə edilir. Statistik olaraq ürək-damar hadisələrinin artdığını və bunun 1,5 dəfə olduğunu nəzərə alsaq, 50 faiz artımdan danışa bilərik”.


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər