6 Avqust 14:58
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tikinti bazarında son zamanlar sementin qiyməti artıb. Sement istehsalı ilə məşğul olan bəzi şirkətlər də qiymətin artırıldığını təsdiqləyiblər. Bu artım evlərin qiymətlərinə təsir edəcəkmi?

Əmlak eksperti Elnur Fərzəliyev Teleqraf.com-a açıqlamasında bu sualı cavablandırıb:

“Bütövlükdə tikinti materialında qiymət artım ümumi dəyərin 3-5 faizini təşkil edir. Çoxmənzilli binalarda tikinti xərcini artıran əsas amil torpaq sahəsidir. Torpaq sahəsinin qiymətinin artması tikinitinin maya dəyərini artırır. Tikinti materiallarının cüzi artımı satış qiymətinə elə də təsir etmir. Düzdür, çoxmənzilli binalarda daha çox beton karkaslardan istifadə olunur. Tikinti materiallarının qiymətində artımlar da, azalmalar da olur”.

Ekspert hesab edir ki, son illər evlərin qiymətinin bahalaşması tikinti icazələrinin sərtləşməsi ilə əlaqəlidir:

“İndi pilot layihələr üzərində evlər tikilir. Yəni köhnə binalar sökülüb, onun yerinə yeni binalar inşa olunur. Əvəzində mənzil sahiblərinə kirayə pulu verirlər. Bu tikintinin maya dəyərinə, satış qiymətinə ciddi təsir edir. Sementn qiymətinin artımı çox az təsiri ola bilər. Həyət evlərində əsas xərc aparan sahə sement, digər tikinti materialları deyil. Əsas xərc daxili təmirə gedir. Daxili təmirdə istifadə olnunan materialların artımı qiymətə çox təsdir edir. Bir vaxtlar orta təmirin bir kvadratı 200 manata başa gəlirdisə, indi 300 manat olur. Bu da satış qiymətinin üzərinə gəlir”


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər