10 Avqust 23:00
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sarıkökün faydalarından xəbərdar olmayan yoxdur. Bəs faydalarından yararlanmaq üçün sarıkökün qara bibərlə birlikdə istehlak edilməli olduğunu bilirdinizmi?

Teleqraf.com xəbər verir ki, qızıl ədviyyat kimi tanınan sarıkök Asiya və Mərkəzi Amerikada bitir. Min illərdir ki, ənənəvi Hindistan təbabətində terapevtik məqsədlər üçün istifadə olunur. Tədqiqatlar sarıkökün istifadəsini dəstəkləyir və onun sağlamlığa fayda göstərə biləcəyini təsdiqləyir.

Ancaq sarıkökdən tək yox, qara bibərlə birlikdə istifadə edildiyi təqdirdə təsiri daha çoxalır. Həm sarıkök, həm də qara bibər iltihab əleyhinə, antioksidant və xəstəliklərlə mübarizə aparan mühüm maddələrə malikdir.

Qara bibər və qırmızı bibərin tərkibində bioaktiv birləşmə olan piperin aktiv maddəsi var. Piperin ürəkbulanma, baş ağrıları və həzm problemlərini aradan qaldırmağa kömək edir və həmçinin iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Ən əhəmiyyətli faydası, kurkuminin udulmasını artırması və bədən tərəfindən istifadəyə hazır olmasıdır.

Tədqiqatlar göstərir ki, sarıkökdə curcumin və qara bibərdə piperin birləşməsi kurkuminin udulmasını 2000 faizə qədər artırır.

Araşdırmalarda, curcumin xərçəng hüceyrələrinin böyüməsini və inkişafını azaltdığı və həmçinin xərçəng hüceyrələrinin məhvinə kömək etdiyi təsdiqlənib.

Piperin bəzi xərçəng hüceyrələrinin məhvində rol oynayaraq şiş əmələ gəlməsi riskini azalda bilər. Araşdırmalar, həmçinin, xərçəng hüceyrələrinin böyüməsinə maneə törədə biləcəyini də göstərir.


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər