10 Avqust 12:16
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar qarğıdalı ilə bağlı müzakirələr gündəmdədir. Tərkibində yüksək fruktoza olan və həddindən artıq emal olunmuş qidalarda rast gəlinən qarğıdalı siropunun sağlamlığa mənfi təsirləri ilə bağlı araşdırmalar həqiqətən qorxuludur. Bəs qarğıdalı dadlı olmaqla yanaşı, eyni zamanda təhlükəlidirmi?

Teleqraf.com xəbər verir ki, Miçiqan Universitetində qidalanma fənnini tədris edən doktor Ana Baylinin fikrincə, qarğıdalı çox faydalı tərəvəzdir. Yayda təzə, ilin qalan aylarında konserv və ya dondurulmuş halda istehlak edilə bilər.

Doktor Baylin nişastalı tərəvəzlərin şəkərdən daha sağlam karbohidrat və kalori mənbəyi olduğunu vurğulayıb. Üstəlik, qarğıdalıda olan nişastanın bir hissəsi davamlı nişastadır. Davamlı nişasta sağlam mikrobiomu dəstəkləyir və bədənə qan şəkərini tarazlaşdırmağa kömək edir.

Qarğıdalıda olan mikroelementlər bədənin funksiyalarına kömək edir və sağlamlıq üçün xeyirlidir. Məsələn, qarğıdalıda əhəmiyyətli miqdarda olan A və C vitaminləri sümük və immun sisteminin sağlamlığını dəstəkləyir.

Bundan əlavə, 1 stəkan qarğıdalıda 934 mikroqram lutein və zeaksantin mövcuddur. Bu da gözlər üçün çox faydalıdır.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər