Məntəqə seçki komissiyaları təşkilatçıdır, onlar özlərini seçkinin sahibi hesab etməsinlər.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçkilərdə seçki məntəqəsinin sahibi seçicilərdir: "Seçici səs vermək üçün məntəqəyə gəlir və ona görə də hər şey şəffaf təşkil edilməlidir”.