9 Avqust 10:39
4 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi insanlar həm münasibətlərdə, həm də dostluqda olduqca sadiqdirlər. Bəzi insanların xarakteri isə bunun tam əksidir. Onlar sadiq qalmağı bacarmır və hər an sizi aldada bilərlər.

Şir - Şir bürcünün insanlarının təkliklə heç araları yoxdur. Rahatlıqlarına çox düşkündürlər, münasibətdə hüzur axtarırlar. Hüzur tapmadıqda başqa yerə yönələ bilirlər. Şirləri tək görmək mümkünsüzdür. Onlar üçün təklik faciədir. Qərarsızlıqlarına görə də evlənmə mövzularında adətən çətinlik çəkirlər.

Tərəzi - Bu bürc sadiq, dürüst və etibarlı sayılır, lakin Tərəzi məkrli xəyanət etməyə qadirdir. Düzdür, o, emosiyalar səbəbindən, hansısa ideyanın təsiri altında və ya sadəcə təəssürat ucbatından belə bir addım ata bilər. Tərəzinin xəyanətini öyrənmək çox çətindir, çünki o, bunu yalnız onun hiyləsi barədə heç kimin bilməyəcəyinə və qınamayacağına əmin olanda edəcək. Tərəzi günahını dərhal boynuna almır və sona qədər vəziyyətdən çıxmağa çalışır.

Əkizlər - Əkizlər yeni insanlarla tanış olmağı və yeni mühitlərə çıxmağı sevirlər. Emosionallığı ilə ön planda olsa da, manipulyativ bürclərdən biridir. Onlarla münasibət olduqca çətindir. Xəyanət qorxusu isə ümumiyyətlə münasibəti qorxu filminə çevirə bilər. Romantik görünsələr də, özlərini bir şəxslə məhdudlaşdırmırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər