Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmməd Ağalar oğlu Əliyevə dairə seçki komissiyası (DSK) tərəfindən xəbərdarlıq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Report-a 77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasından məlumat verilib.
DSK-dan bildirilib ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmməd Əliyevin qanunvericiliklə müəyyənləşdirilmiş seçkiqabağı təşviqat qaydalarını kobud şəkildə pozması digər namizədlərin və seçicilərin haqlı narazılığına səbəb olub:
“Namizəd Məmməd Əliyev seçkiqabağı təşviqat qaydalarını pozduğuna görə DSK tərəfindən qanunverciliyin tələblərinə uyğun olaraq, ona xəbərdarlıq edilib. Habelə təşviqat dövründə belə halların təkrarlanmasının qanunvericiliklə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görülməsinə əsas olması namizədin diqqətinə çatdırılıb”.