12 Avqust 14:47
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Gəncədə yas mərasimində 100-dən artıq şəxs zəhərlənib. Gəncə Şəhər Xəstəxanasının şöbə müdiri İradə Dəmirova bildirib ki, müraciət edən xəstələrin əksəriyyəti bozartma, pomidor və yuxadan istifadə ediblər. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər 9 zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasındadır.

TƏBİB-dən zəhərlənən şəxslərin vəziyyəti ilə bağlı Teleqraf.com-a məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi şübhəsi ilə müraciət edən hər bir şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb:

“Göygöl Rayon Mərkəzi Xəstəxanasına isə 3 fərqli ərazidən qida zəhərlənməsi şübhəsi ilə daxil olan şəxslərdən 37 nəfərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3-ü uşaq olmaqla 15 nəfərin müalicəsi davam etdirilir”.

Faktla bağlı araşdırma davam etdirilir.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər