12 Avqust 20:56
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün "TikTok" videolarına baxmaq psixi sağlamlığınız üçün pisdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Avstraliyanın Çarlz Sturt Universitetinin alimləri araşdırmalar aparıb.

Araşdırmalar sosial şəbəkələrdəki videoların qadınların gözəllik standartları haqqında təsəvvürlərinə təsirini müəyyən etmək üçün aparılıb. Tədqiqatda 18-28 yaş arası 273 qadın iştirak edib.

İştirakçıların bir qisminə bloggerlərin qeyri-insani tərzdə qidalanma videoları və arıqlamaq üçün tövsiyələri göstərilib. Digər qrupa isə fərqli mövzularda videolar nümayiş etdirilib. Araşdırmada iştirak edən hər iki iştirakçı qrupun "TikTok"a baxdıqdan sonra bədən məmnunluğunun azaldığını qeydə alınıb.

Alimlər, xüsusilə qeyd ediblər ki, həddindən artıq arıqlığı təbliğ edən videoala baxanların özlərinə inamı azalır.


Müəllif: Arzu

Oxşar xəbərlər