“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas qrupdan olan qadınların hüquqi müdafiəsi” adlı layihəsini davam etdirir.
Ödənişsiz hüquqi xidmətdən yararlanmaq istəyən şəxslər layihənin icrasına cəlb olunan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədova müraciət edə bilərlər.
Layihənin icrası çərçivəsində artıq 24 nəfər şəxsə ofis şəraitində hüquqi xidmət göstərilmiş, onlardan 13 nəfər şəxs üçün iddia ərizəsi hazırlanmış, 6 nəfər şəxs üçün apellyasiya şikayəti hazırlanmış, 2 nəfər şəxs üçün kassasiya şikayəti hazırlanmış, 3 nəfər şəxs üçün isə müvafiq dövlət orqanlarına ərizələr hazırlanmışdır. Bundan əlavə, 11 nəfər şəxsə isə onlayn qaydada (whatsApp, facebook və sosial şəbəkələr vasitəsilə) ödənişsiz hüquqi konsultasiya xidməti göstərilmişdir.
Layihədən faydalanmaq istəyən şəxslər facebook (pulsuz hüquqi xidmət) və instagram (pulsuz huquqi xidmət) sosial şəbəkələri vasitəsilə və ya qaynar xətt formatında yaradılmış (055) 858-55-59 whatsApp / mobil nömrə vasitəsilə əlaqə yarada bilərlər.
Həssas qrupdan olan qadınların hüquqi problemlərinin həllinə dəstək məqsədilə icra olunan “Həssas qrupdan olan qadınların hüquqi müdafiəsi” adlı layihəsi 31 avqust 2024-cü ilədək davam edəcəkdir.