13 Avqust 18:18
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdir “BakıKart” tətbiqində problem yaşanır. Karta ödəniş etmək mümkün deyil. “BakıKart” tətbiqində yaranan exniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşırlar. Bir çox dayanacaqlarda yükləmə terminallarının olmaması insanlara çətinlik yaradır.

Teleqraf.com problemin nə zamana qədər davam edəcəyi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərib.

Bildirilib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik",- məlumatda qeyd olunur.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər