Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 300-ə yaxın beynəlxalq müşahidəçi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 80 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib: "Bizim təxminimizə görə, bu rəqəm 100 mini keçəcək".