Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonun ərazisində 1, həmçinin Suraxanı rayonu ərazisində 1 nəfərin liftdə, Binəqədi rayonunda 1 nəfərin, Suraxanı rayonunda isə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Teleqraf.com xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi azyaşlı olmaqla ümumilikdə 5 nəfər xilas edilib.