19 Avqust 17:54
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Teleqraf.com-a bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.

"Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır."

N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.

"Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafa, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib."


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər