Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının rəhbərliyi vəfatının ildönümü münasibətilə Milli Azadlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.
ƏHD Partiyasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, partiya sədri Qüdrət Həsənquliyev Elçibəyin keçdiyi həyat yolu, düşüncələri, milli oyanışdakı rolu ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanın daha da güclənəcəyini diqqətə çatdırıb: "Azərbaycan daha da güclənəcək, regionun və türk dünyasının ən önəmli dövlətlərindən olacaq".