22 Avqust 17:00
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində veriliş hazırlayıb.

Verilişimizin qonağı “Türküstan” Media Qrupunun rəhbəri, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camaldır.

A.Camal bildirdi ki, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışı ilə bağlı tələblər hələ 1988-ci ildə gündəmdə olub: "O zaman keçirilən aksiyalarda bu məsələ qaldırılırdı. 1992-93-cü illərdə torpaqlarımız işğal olunandan sonra Qərbi azərbaycanlıların geriyə dönüşü ilə bağlı tələblər bir qədər arxa plana keçdi. Mən 2005-2006-cı illərdə həm də “İrəvan” qəzetinin baş redaktoru olmuşam. Köçəri Nağıbəylinin təsisçisi olduğu həmin qəzetdə Qərbi Azərbaycan İcmasının indiki rəhbəri Əziz Ələkbərli, dəyərli ziyalımız Firudin Cəlilov aktiv iştirak edirdilər. Qəzetdə daha çox konseptual məsələlər öz əksini tapırdı. Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimləri və s. mövzulara geniş yer verdirdik. Bu gün artıq biz praktiki məsələlərdən danışırıq. Artıq Qərbi Azərbaycana Qayıdışla bağlı konsepsiya qəbul olunub, hüquqi və siyasi müstəvilərdə fəaliyyətlər gücləndirilib. Bu gün ermənilərdə azərbaycanlıların o torpaqlara qayıdacağına əminlik var. Bu yaxşı haldır".

A.Camal qeyd etdi ki, beynəlxalq platformalarda "Qərbi Azərbaycandan" yox, "Ermənistandan" deportasiya edilmiş azərbaycanlılar ifadəsindən istifadə olunmalıdır: "Doğrudur, burada "Qərbi Azərbaycan" ifadəsi daha çox tarixi anlamda istifadə olunur, amma hüquqi baxımdan "Ermənistandan deportasiya olunmuş azərbaycanlılar" ifadəsi daha doğrudur. ".

A.Camalın mövzuya dair daha geniş fikirləri ilə video verilişdə tanış ola bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər