İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması müvəffəqiyyətlə başa çatdırılır.
Xidmətdən Teleqraf.com-a verilən məlumata görə avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.