"İqlim dəyişikliyi hazırda ən böyük qlobal problemlərdən biridir. İqlim dəyişikliyi hazırkı ssenari ilə davam etsə və ya daha da ağırlaşsa, dünyanı böyük fəlakət gözləyir"
Teleqraf.com xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "COP 29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarında qeyd edib:
"Bunun qarşısını almaq üçün BMT-yə üzv dövlətlər, eləcə də Rio konvensiyasına və Paris sazişinə tərəfdaş dövlətlər ciddi və nəticəyönümlü addımlar atmalıdır.
Bu addımın atılması üçün ən uyğun platformalardan biri də COP tədbirləridir".
Yalçın Rəfiyev onu da qeyd edib ki, Azərbaycan COP29-a 14 təşəbbüslə müraciət edib: "Bu qlobal iqlim dəyişikliyinə müsbət təsir edəcək və əlavə dəyər gətirəcək".