Bir insanın xətrinə dəymək, ona pislik etmək əvəzsiz qalmır. Pislik həmişə insanın özünə qayıdır. Bəzən elə insanlar olur ki, onlara pislik edən həmin dəqiqə zavala gəlir. Qoroskop da belə insanların mövcudluğunu təsdiqləyir və bürclərə əsasən onları izah edir.
Teleqraf.com xəbər verir ki, ulduzlara görə, 3 bürc sahibi var ki, onlara edilən pislik əsla yerdə qalmır. Həmin bürc altında doğulanların ahı pis tutur.
Bu bürclərdən ən birincisi isə Əqrəbdir. Əqrəblərə pislik etməkdən çəkinin. Bu öz xeyrinizə olar. Çünki onları ilahi qüvvə qoruyur. Əqrəblərin ahı çox tez tutur. Əqrəblərin hissiyatı da güclü olur. Onları heç vaxt üzməyin.
Xərçənglərin də ahı pislik edən insanı tez tutur. Həssas Xərçənglər heç kimə pislik etməzlər. Amma onlara edilən pislik tez zamanda geri qayıdır.
Qız bürcü altında doğulanlara da haqsızlıq və pislik etməyin. Çünki Qızlara edilən haqsızlıq cavabsız qalmaz. Gec-tez Qız bürcü altında doğulanlara edilən pislik insanın özünə qayıdar.(milli.az)