9 Fevral 2015 17:44
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə 365 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, notariat hərəkətinin sayı isə 3,8 milyonu ötüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə ötən ilin yekunlarına həsr olunmuş nazirliyin geniş kollegiya iclasında məruzə edilib.

İclasda qeyd edilib ki, ölkədə xüsusi notariat institutunun geniş tətbiqinin bu işə əlavə töhfə verdiyi nəzərə alınaraq onların sayı 111-ə çatdırılıb ki, bu da notariat korpusunun 2/3-ni təşkil edir.

Həmçinin bildirilib ki, vətəndaş cəmiyyətinin inkişafı dövlətin diqqət mərkəzində saxlanılaraq qeyri-kommersiya təşkilatlarının sayı 4 mini ötüb, KİV-lərin sayı isə 5 minə çatmaq üzrədir.

Hacı Zeynalov


Müəllif: