27 Avqust 11:59
9 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi bürclər enerjiləri, hər kəsə kömək edən mərhəmətli cəhətləri ilə diqqəti cəlb edirlər. Ətrafındakıları ruhlandıran bu insanlar dinamik xarakterləri sayəsində həm öz, həm də başqalarının həyatında daim faydalı olurlar.

Əkizlər - aktiv, maraqlı təbiətə malikdir. Bu bürc yeni məlumatlara və təcrübələri sevir, ona görə də həmişə fərqli layihələrin arxasınca gedirlər. Əkizlər eyni anda bir çox şeyi öyrənmək, araşdırmaq istəyirlər. Əkizlərin geniş sosial çevrəsi var və həmişə dostlarına kömək etməyə və yeni imkanlar yaratmağa çalışırlar. Bununla belə, bu həyəcanlı temp bəzən onları yorur, lakin əkizlər həmişə yeni bir şeylə məşğuldur.

Qız - onlar təbiətləri ilə öz vəzifələrini hər zaman vasvasılıqla yerinə yetirirlər. Başqalarına kömək etməyi və dəstək olmağı sevən Qızlar eyni anda bir neçə layihəni idarə etmək qabiliyyətinə malikdirlər. Hər işi ən xırda təfərrüatına qədər planlaşdırır və təşkil edirlər, buna görə də ətraflarında həmişə nizam var. Qız bürcü hər zaman ətrafdakı xaosu nizama salmaq üçün hərəkətə keçməyə hazırdır və bu xüsusiyyətləri onları hər şeyi etməyə tələsməyə vadar edir.

Qoç - enerjili, cəsur və təşəbbüskar bürcdür. Qoçlar yüksək enerji və təşəbbüskarlıq qabiliyyəti sayəsində daim hərəkətdədirlər. Yeni layihələrə başlamaq, çətinliklərlə mübarizə aparmaq və liderlik etməyi sevirlər, hər cür işi öz üzərlərinə götürməkdən çəkinmirlər. Qərar qəbul edir və tez hərəkət edir, çoxlu tapşırıqlar onlar üçün problem deyil. Qoç ətrafdakı insanları sonsuz enerjisi ilə ruhlandırır və hər zaman yeni bir macəra ardınca gedir.

Oxatan - azadlıqsevər, macəraçı və optimist bürcdür. Oxatanlar daim yeni yerlər kəşf etmək, fərqli mədəniyyətlərlə tanış olmaq və bilik əldə etmək istəyirlər. Bu bürcün maraq dairəsi genişdir, buna görə də eyni anda birdən çox layihə ilə maraqlanır. Oxatanlar enerji və optimizmlərini ətrafdakı insanlara yayaraq, onları da motivasiya edir. Həmişə məşğul olan Oxatanlar ətrafdakı insanlara kömək etməyi və onlara dəstək olmağı sevirlər.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər