30 Avqust 14:36
8 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marketlərdə yumurtalar iki rəngdə təklif olunur: ağ və qəhvəyi. Sarı qabıqlı yumurtanın daha keyfiyyətli olduğunu deyənlər var.

Teleqraf.com xəbər verir ki, mütəxəssislərin fikrincə, qabıq rəngi yumurtanın dadına təsir etmir.

Toyuq yetişdirən fermer deyir ki, yumurta qabığının rəngi onu yumurtlayan toyuğun cinsinə görədir:

“Yumurta qabığının rəngi onun qida dəyərinə təsir etmir. Ona görə də ağ yumurtanın qəhvəyi yumurtadan daha sağlam olduğunu və ya əksinə demək düzgün deyil. Toyuq tüklərinin rəngi yumurtaların rəngini təyin edən ən mühüm faktordur. Qəhvəyi toyuqlar qəhvəyi, ağ toyuqlar isə ağ yumurta qoyur.

Yumurtaların qabığının rəngini təyin edən əsas amil yumurtlayan toyuğun genləridir. Yumurtanın qabığının rəngi onun tərkibində olan piqmentlərdən asılıdır. Toyuğun yumurtasının qabığının rəngi irsidir və onun cinsindən asılı olaraq dəyişir.

Yumurtanın qida dəyəri və dadı daha çox toyuqların qidalanması və təmiz havaya qalmasından asılıdır".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər