1 Sentyabr 12:23
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində seçicilərin yüksək aktivliyi çox sevindirici haldır.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bunu seçkilərində müşahidə qismində qeydiyyata alınmış Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Nurlan Kolçukeyev bildirib.

Onun sözlərinə görə, onlar Müstəqil Dövlətlər Birliyinin xətti ilə Azərbaycanda keçirilən parlament seçkilərini monitorinq etmək üçün dəvət ediliblər.

O qeyd edib ki, onların müşahidə etdikləri bütün məntəqələrdə insanlar seçki qutusunun başına gəlir və aktiv səs verirlər: "Onlar öz Konstitusiya hüququndan isifadə edərək öz seçimini edirlər. Seçki ölkənin siyasi həyatında çox vacib məsələdir və insanların seçkidə kütləvi şəkildə fəal iştirak etməsi çox sevindirici haldır".

N.Kolçukeyev bildirib ki, onların müşahidə etdikləri bütün məntəqələr lazımi avadanlıqlarla təchiz edilib və dünya standartlarına tam uyğundur: "Bütün seçki məntəqələrində seçici siyahıları yerləşdirilib və hər seçici bu siyahılarda öz adlarını tapa bilər. Seçki məntəqələrində istər partiya nümayəndələri, istərsə də bitərəflərin müşahidə kimi təmsil olunması, hər bir seçicinin səsvermə zamanı şəffaf mürəkkəbdən istifadə edilməsi bu seçkilərin şəffaf keçirilməsinin göstəricisidir".

O vurğulayıb ki, seçki məntəqələrində çox xoş əhval ruhiyyə mövcuddur: "Gördüklərimiz bizə deməyə əsas verir ki, seçkilərdə hər hansı saxtakarlıq hallarının olması mümkün deyil".

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər