1 Sentyabr 16:01
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində işğaldan azad edilmiş ərazilərdə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 118 saylı Ağdam-Xocalı – 34.27faiz, 119 saylı Ağdam - 34.12faiz, 120 saylı Cəbrayıl-Qubadlı – 40.3 faiz, 121 saylı Laçın – 33.78 faiz, 122 saylı Xankəndi – 42.75 faiz, 123 saylı Kəlbəcər – 32.3 faiz, 124 saylı Şuşa-Ağdam-Xocavənd – 36.39 faiz, 125 saylı Zəngilan-Qubadlı dairələri üzrə 39.73 faiz seçici səs verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər