İsmayıllı rayonunda bəylə gəlin toy günündə Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində iştirak ediblər.
Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, yeni ailə quran cütlük bəy və gəlin paltarında 89 saylı İsmayıllı seçki dairəsinin 3 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə ediblər.