“Namizədlərin təşviqat dövründə sərbəst şəkildə kampaniya həyata keçirməsinə şərait yaradılıb”.
Teleqraf.com xəbər verir ki, bunu TÜRKPA müşahidə missiyasının rəhbəri Ahmet Zenbilçi növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki,
Bakı, Şamaxı və Qobustandakı seçki məntəqələrində səsvermə prosesini müşahidə ediblər:
“Növbədənkənar parlament seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirilib. Məntəqələrdə seçicilərin səsverməsi üçün lazımi şərait yaradılmışdı”.