4 Sentyabr 16:46
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nin fəaliyyətinə kimsə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sentyabrın 4-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, milyonlarla insanın iştirak etdiyi proses nöqsansız ola bilməz:

"Bizə isə heç kimin hay-küyü, qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir olan təcrübə ilə eyni prinsiplə işləyir və verdiyimiz qərarlar əsaslandırılmışdır. İndiyə qədər yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi görürük.

Bütün müraciətlər, məlumatlar, həmçinin sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq, əsaslı qərar qəbul olunacaq".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər