Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator xanım Sitarə Ayaz ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məumat verilib.
Bildirilib ki, görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.