9 Sentyabr 12:25
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Məktəbli ləvazimatları satılan mağazalara axın başlayıb. Valideynlər məktəb ləvazimatları almaqla yeni tədris ilinə hazırlıq görürlər. Ən vacib məqam isə məktəbli formasıdır. Məktəbli forması mövzusunda müxtəlif fikirlər var. "Vahid məktəbli formasına ehtiyac varmı" sualı ətrafında müzakirələr gedir.

Teleqraf.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məktəbli formasının sosial-iqtisadi fərqləri ört-basdır edərək şagirdlər arasında bərabərlik hissini gücləndirdiyini deyir:

“Hər kəsin eyni geyimdə olması, şagirdlər arasında olan fərqləri azaltmağa və onların yalnız təhsilə fokuslanmasına kömək edir. Məktəbli forması məktəbdə nizam-intizamın təmin olunmasına xidmət edir və həm müəllimlər, həm də şagirdlər üçün müəyyən çərçivə yaradır. Şagirdlərin məktəb kimliyini və aidiyyat hissini gücləndirir, məktəb mədəniyyətini formalaşdırır və məktəbi cəmiyyətdə təmsil edir. Yəni adi geyimdə olandan fərqli olaraq forma geyinmiş şəxsin şagird olduğunu, hətta hansı məktəbdə oxuduğunu bilmək olur. Forması olan məktəblərdə şagirdləri tanımaq asanlaşır, bu da məktəbdə və ya məktəb ərazisində təhlükəsizliyi artırmağa kömək edir”.

K.Əsədov bildirir ki, məktəbli formaları, xüsusən də müəyyən istehsalçılardan alınması tələb edildikdə, ailələr üçün əlavə maliyyə yükü ola bilər:

“Həm də valideyn bir geyim alıb onun həm məktəbə, həm də digər yerlərə gedəndə geyinməyi məqsədəuyğun hesab edir. Müəyyən formalar uşaqlar üçün rahat olmaya bilər. Şagirdlər özlərini rahat hiss etdikləri geyimlərdə daha yaxşı öyrənə və məktəbə uyğunlaşa bilərlər. Bəzi valideynlər forma məcburiyyətinin məktəb üçün zəruri olmadığını və bunun yerinə daha vacib məsələlərə, tədrisin keyfiyyətinə diqqət ayrılmasının lazım olduğunu düşünür”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər