10 Sentyabr 11:17
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ və Türkiyə-Azərbaycan Universitetinlərində yeni tədris ili bir həftə gec başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Qarabağ Universitetinə qəbul olan tələbələrin yataqxanalara yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq: "Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq. Tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq".

Qarabağ Universitetində təhsil alacaq tələbələrə veriləcək əlavə təqaüd məbləği barədə danışan E.Əmrullayev vurğulayıb ki, bununla bağlı tələbələrin qeydiyyat prosesinin başa çatması gözlənilir: "Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlərin verilməsi planlaşdırılır. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər