10 Sentyabr 16:30
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda MSK-da 5 şikayət araşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq.

MSK sədri vurğulayıb ki, dairə seçki komissiyalarının qərarlarından narazılıq ifadə edən müraciətlərə baxılması müddəti sentyabrın 11-i saat 6:00-da bitəcək.

Onun sözlərinə görə, ATƏT-in müşahidə missiyasınin Azərbaycanda fəaliyyəti başa çatıb: "Onlarla görüş keçirildi və diqqətə çatdırıldı ki, MSK seçkilərin keçirilməsinə məsul qurumdur".

MSK sədri əlavə edib ki, əgər seçkilərin təşkili və keçirilməsi ilə bağlı hansısa təkliflər olarsa, bu, nəzərə alınacaq: "Məsələn, seçici siyahıları ilə bağlı fikirlər səsləndirilir. Biz həmişə deyirik ki, hansısa atılmalı addım varsa, deyin, edək. Şikayətlərin azlığı məsələsinə gəlincə, az qala özümüz çağırırıq ki, şikayət verin".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər