13 Sentyabr 14:19
275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay İnzibati Xətalar və Miqrasiya məcəllələrinin müvafiq maddələrinin tələblərini pozmasına görə 1 337 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.

Bu barədə Teleqraf.com-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 224, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 1337 qərar qəbul edilib.

Bunlardan 1092-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 21-i Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olmuşdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər